20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin daha iki yoxlama oyunu keçirəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komandamız Makedoniyanın U-21 yığması ilə iki dəfə üz-üzə gələcək.
Bu matçlar mayın 24-də və 27-də Bakıda baş tutacaq. Oyunların keçiriləcəyi stadion və başlama saatı dəqiqləşməyib.
Qeyd edək ki, yığmamız mayın 16-da Bakıda Yunanıstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq görüşü keçirəcək.
Fanat.Az