16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Türkiyənin Antalya şəhərində keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək. Fanat.Az xəbər verir ki, yarış aprelin 22-dən 28-dək baş tutacaq.
Yeni baş məşqçi Azər Məmmədov yetirmələrinə hazırlıq məqsədilə aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Komandamız turnirdə Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmaları ilə qarşılaşacaq. İlk olaraq aprelin 23-də Yunanıstanla (Bakı vaxtı ilə 16:00) üz-üzə gələcək millimiz iki gündən sonra meydan sahibi Türkiyə (18:00), aprelin 27-də isə Gürcüstanla (15:00) matçda qüvvəsini sınayacaq.
Fanat.Az