"Barselona”nın 2 önəmli fiqurunun - Lionel Messi və Serxio Busketsin sağlıq durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, sözügedən futbolçular Çempionlar Liqasının 1/4 finalı çərçivəsində "Roma” ilə sabah "Nou Kamp”da baş tutacaq matçda oynaya biləcəklər. Baş məşqçi Ernesto Valverde belə deyib: "Messinin adı iştirak ərizəsində varsa, deməli, oynayacaq. Buskets də dünənki məşqə başqaları kimi tər töküb. Oyun saatına qədər böyük ehtimalla, o da hazır olacaq”.
Fanat.Az