"Qəbələ” ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, "qırmızı-qaralar”ın ukraynalı müdafiəçisi Vitali Vernidub bir müddət komandasına kömək edə bilməyəcək. Premyer Liqanın XXI turunda "Sumqayıt”la oyunda (1:1) zədələnən Vernidub tibbi müayinədən keçib. 31 yaşlı futbolçunun 3 həftə məcburi istirahət edəcəyi üzə çıxıb.
Həmin görüşdə xəsarət alan "Qəbələ”nin digər futbolçusu Stiven Monrozun isə zədəsi ciddi deyil.
Qeyd edək ki, Vitali Vernidub cari mövsüm Premyer Liqada 17 oyun keçirib.
Fanat.Az