"Real”ınportuqaliyalı superulduzu Kriştianu Ronaldo daha bir rekorda imza atıb.
Fanat.Az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu yeni rekordunu Çempionlar Liqasının 1/4 final mərhələsində "Yuventus”la görüşdə müəyyənləşdirib. Hazırda davam edən oyunun 3-cü dəqiqəsində hesabı açan portuqaliyalı superulduz ÇL-də ardıcıl 10 matçda qol vuran ilk futbolçu kimi adını tarixə yazdırıb.
Bunadək Ronaldo ardıcıl 9 oyunda qapı torunu silkələyən sabiq holland forvardla - Rud van Nistelroyla şərik idi.
Fanat.Az