"Mançester Siti"nin hücumçusu Serxio Aqueronun sağlıq durumuna aydınlıq gəlib.
Fanat.Az "FourFourTwo"ya istinadən xəbər verir ki, argentinalı hücumçu Çempionlar Liqasının 1/4 final mərhələsinin "Liverpul"la ilk oyununda forma geyinə bilməyəcək. Dizində zədə olan hücumçu Liverpula aparılmayıb. Martın 4-də baş tutan Premyer Liqa matçında - "Çelsi" ilə görüşdə sıradan çıxan 29 yaşlı ulduzun nə zaman sıraya dönəcəyi haqda məlumat yoxdu.