Bu gün Türkiyənin məhşur media orqanlarından biri "Milliyet” qəzetinin "İlin idman mükafatları-2017” tədbiri keçiriləcək.
Fanat.Az qol.az-a istinadən xəbər verir ki, "İlin komandası" mükafatına "Qarabağ" layiq görüləcək.
"Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov tədbirdə iştirak etmək üçün Türkiyəyə gedib.
Mükafatlandırma mərasimi Bakı vaxtı ilə saat 20:30-da başlayacaq və "CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.
Fanat.Az