Türkiyə millisinin üzvü Burak Yılmaz yayda "Trabzonspor"dan ayrılacaq. Fanat.Az xəbər verir ki, bu iddia ilə "Futbol Masası" proqramında Mehmet Özcan çıxış edib.
"Burak Yılmazın mövsümün sonunda "Beşiktaş"a transfer olunacağı ilə bağlı məlumat aldım. Onun "Beşiktaş"a dönməsi məntiqsiz deyil. Çünki Şenol Günəş Burak Yılmazla bağlı pozitiv düşüncədədi" deyə şərhçi bildirib.
Qeyd edək ki, 2006-2008-ci illərdə "Beşiktaş"da çıxış edən Burak Yılmaz ötən yay Çinin "Pekin Quon" klubundan "Trabzonspor"a keçib. Cari mövsümdə Super Liqada keçirdiyi 21 oyunda 20 qol vuran futbolçu bombardirlər yarışının ikinci pilləsində qərarlaşıb.
Fanat.Az