Təlim-məşq toplanışında olan 16 yaşlılardan ibarət milli komandamız bu gün yoxlama oyununda gücünü sınayıb.
Fanat.Az xəbər verir ki, Azər Məmmədovun baş məşqçi olduğu U-16 yığmamız "Səbail"in 17 yaşlılarından ibarət komandası ilə qarşılaşıb.
Füzuli Məmmədovun baş məşqçisi olduğu "Səbail" 1-0 hesabı ilə qələbə qazanıb.
Oyunda yeganə qolu "Səbail"in hücumçusu Xəlil Bəşirov vurub.
Fanat.Az