16 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində iştirak edəcək. Fanat.Az xəbər verir ki, turnirin təqvimi artıq müəyyənləşib.
Millimiz Bosniya və Herseqovinada keçiriləcək yarışda ilk olaraq makedonlarla üz-üzə gələcək. Aprelin 18-də baş tutacaq oyun Bakı vaxtı ilə 12:30-da start götürəcək.
İki gündən sonra Xorvatiya ilə qarşılaşacaq (16:00) U-16 aprelin 22-dəki son matçda ev sahibi Bosniya və Herseqovina ilə (12:30) münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, 17 yaşadək oğlan futbolçulardan ibarət Azərbaycan millisi aprelin 9-dan 16-dək Bosniya və Herseqovinada keçiriləcək UEFA İnkişaf turnirində mübarizə aparacaq.
Fanat.Az