"Liverpul”un türk yarımmüdafiəçisi Əmrə Canın sağlıq durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının XXXI turunun "Uotford”la oyununda (5:0) zədələnən Emre üçün mövsüm vaxtından əvvəl başa çata bilər. Belində ağrılar olar 24 yaşlı futbolçunun bərpası 2 aya yaxın vaxt aparacaq. Bu isə o deməkdir ki, Almaniya millisinin üzvü Rusiyada keçiriləcək dünya çempionatına yollanmaq şansı azdı.
Əmrə Canın bu mövsüm çıxdığı 37 oyuna 6 qol vurduğunu da diqqətinizə çatdıraq.
Fanat.Az