Cənubi Afrika Respublikasının "Mamelodi Sandauns" klubunda çıxış edən Xama Billiat karyerası ilə bağlı qərar verib. Fanat.Az xəbər verir ki, Zambiya millisinin üzvü "Qarabağ"a keçmək qərarına gəlib.
Bu barədə CAR mediası məlumat yayıb. Bildirilir ki, "Mamelodi Sandauns"u Xama Billiat və Persi Tau tərk edəcək. Billiat Azərbaycana, Tau isə İsveçə köçəcək.
Qeyd edək ki, bi müddət əvvəl futbolçunun meneceri "Qarabağ" Zimbabve millisinin üzvü ilə danışıqları davam etdirditini bildirmişdi: "Onunla bir neçə klub maraqlanır. Bunlardan biri "Los Anceles Qalaksi"di. Billiat "Qarabağ"ın da gündəmindədi və danışıqlar davam edir. O, gələn mövsüm CAR-da qalmayacaq. Çox güman ki, "Qarabağ"da oynayacaq".
"Qarabağ" Billiatı uzun müddətdi transfer etmək istəyir. Qışda "Mamelodi Sandauns" 2,5 milyon avro tələb etdiyi üçün keçid baş tutmamışdı.
Billiat karyerasına Zimbabvenin "CAPS Yunayted" klubunda başlayıb. 2010-cu ildə CAR-ın "Ayaks Cape Tovn" klubuna transfer olunub. "Mamelodi Sandauns" onu 2013-cü ildə 690 min avroya transfer edib. Hazırda "Transfermarkt" 27 yaşlı hücumçuya 1,85 milyon avro qiymət qoyub. Billiat "Mamelodi Sandauns"la 2 dəfə CAR çempionluğunu, 1 dəfə ölkə kubokunu, 1 dəfə Afrika Çempionlar Liqasını və 1 dəfə Super Kubokunu qazanıb.
O, 2011-ci ildən Zimbabve yığmasına çağırılır. Bu müddətdə 26 oyun keçirərək 7 qol vurub.
Fanat.Az