Çempionluğu əhd edən Qazaxstanın "Tobol" klubu ümidini qoyunlara bağlayıb.
Fanat.Az xəbər verir ki, ötən gün komanda üzvləri stadionunda 3 qoyunu qurban ediblər.
Mollanın da iştirak etdiyi mərasimdə qurban əti imkansız ailələrə və uşaq evlərinə paylanıb.
Bu mənzərə qarşısında şok olan legionerlər məsələni anlamaqda çətinlik çəkiblər.
Qeyd edək ki, "Tobol" sabah "Atırau" ilə qarşılaşacaq.
Fanat.Az