Topaz Premyer Liqasının XXII turunda "Keşlə” ilə üz-üzə gələcək "Kəpəz” bu gün keçirdiyi məşqlə oyunun hazırlığını başa vurub.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, qərblilərin iki oyunçusu ev oyununu buraxacaq. Dedimar Ferreyra zədəli olduğundan, Giuli Manjqaladze isə sarı vərəqə limitini doldurduğundan matçda forma geyinə bilməyəcəklər.
Ötən tur baş tutan "Kəpəz” - "Zirə” oyununda zədələnən Şəhriyar Əliyevin sağlıq durumundakı problem isə aradan qalxıb.
Fanat.Az