19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının elit-raund mərhələsində bu gün ikinci oyununu keçirəcək.
Fanat.Az xəbər verir ki, komandamız Belçika ilə qarşılaşacaq. Artıq yığmamızın oyununa təyinatlar açıqlanıb.
Saat 13:30-da başlayacaq matçı aşağıda adları qeyd edilən hakimlər idarə edəcək.
7 aprel
13:30. Azərbaycan - Belçika
Baş hakim: Tess Olofsson (İsveç)
Baş hakimin köməkçiləri: Josefin Aronsson (İsveç), Lotta Vuorio (Finlandiya)
Dördüncü hakim: Hanna Kapiainen (Finlandiya)
Fanat.Az