"Bu gün hər iki komanda üçün yaxşı hava idi. İlk yarıda biz üstün oynadıq. Qolu vuranadək üstün idik. İkinci hissədə bir qədər müdafiəyə çəkildik. Bəlkə də uşaqlar yorulmuşdu. Ancaq düşünürəm ki, azarkeşlər oyundan məmnun qaldı". Fanat.Az xəbər verir ki, bu sözləri "Kəpəz"lə oyundan (1:1) sonra "Keşlə"nin baş məşqçisi Yuri Maksimov deyib.
Ukraynalı mütəxəssis komandadan narazı olmadığını bildirib: "Futbolçularıma iradım yoxdu, tavan deyilən bir anlayış var. Oyundan-oyuna fərqi hiss edirəm. Futbolçularımdan maksimumu almağa çalışıram".
"Oyundan əvvəl Dario və Vinçesterə xüsusi diqqətlə yanaşmalarını tapşırmışdım. Xüsusən, Frederikonun sürətli oyunçu olduğunu bilirdik. Bir səhv oldu, qapımıza qol vuruldu. Sağ cinah müdafiəçisi və dayaq yarımmüdafiəçisi səhvə yol verdi" deyə Maksimov bildirib.
Baş məşqçi kubokda finala yüksəlmək şanslarının olduğunu deyib: "Əlbəttə, şans var. Bəs biz nə üçün işləyirik? Kubokda nəticə qazanmağa çalışacağıq".
Kamran Ağayevin zədəsi barədə danışan ukraynalı mütəxəssis "- Hələ bilmirəm. Bu, həkim rəyindən asılı olacaq" deyib.
Maksimov onu aldatmaqda ittiham etdi klub prezidenti Zaur Axundov barədə danışmaqdan imtina edib: "Gəlin oyundan danışaq".
Fanat.Az