Peşəkar Futbol Liqasında vəzifə dəyişikliyi baş verib. Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Texniki İdman Şöbəsinin rəisi postuna Nihad Məmmədov gətirilib.
Məmmədov "Sumqayıt” klubuna idman direktoru təyin olunan Zamiq Hüseynovu əvəzləyib. Məlumat üçün bildirək ki, 2013-cü ildən Peşəkar Futbol Liqasında çalışan Nihad Məmmədov 2 ildir Zamiq Hüseynovun müavini kimi fəaliyyət göstərirdi.
Peşəkar Futbol Liqasının kollektivi 2008-2018-ci illərdə qurumda çalışmış Zamiq Hüseynova uzunmüddətli fəaliyyətinə görə təşəkkür edib, ona yeni işində uğurlar arzulayıb.
Qeyd edək ki, Zamiq Hüseynovun "Sumqayıt"a idman direktoru olması xəbərini ilk Fanat.Az yayıb.
Fanat.Az