Bu gün I Divizionda VI tura start verilib. Fanat.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
“Şahdağ”ın qonağı olan “Turan-T” rəqibinə minimal hesabla yenilib. “Lokomotiv” öz meydanında “Şəmkir”in qapısından 2 cavabsız top keçirib. Bu mövsüm zəfər üzü görməyən “Energetik” isə “doğma divarlar” arasında “Mil-Muğan”ı yenərək “siftə edib”.
I Divizion
VI tur
18 oktraybr
“Şahdağ” - “Turan-T” – 1:0
Natiq Abbasov, 59
“Lokomotiv” - “Şəmkir” – 2:0
Tural Adıgözəlov, 46; Arif Vəliyev, 68
“Energetik” - “Mil-Muğan” – 2:0
Heydər Müslümzadə, 26; Ramil Nəsibov, 75
Fanat.az