"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov PAOK-un Pedro Enrikeyə görə 5 milyon avro tələb etməsi barədə xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, mütəxəssis belə bir tələb olacağı halda braziliyalı futbolçunun transfer hüqununu almaqdan imtina edəcəklərini deyib:
"5 milyonumuz yoxdu (gülür). Əlbəttə ki, PAOK bu qədər məbləğ tələb etsə, söhbət bağlanacaq. Hazırda fikrimiz çempionatdadı. Vaxtı gələndə bu barədə danışacağıq".
Qeyd edək ki, "Qarabağ" Pedro Enrikeni yayda PAOK-dan icarəyə götürüb. Braziliyalı futbolçu Azərbaycan çempionunun heyətində 26 rəsmi oyuna çıxaraq 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
Fanat.Az