"Komandadan razı qaldım. "Qəbələ”nin gücünü bilirdik. Bir neçə oyundu belə qollar vururlar. Müdafiəçilərin diqqətsizliyi və ya yorğunluq sonda səhv etməyimizlə nəticələndi". Fanat.Az xəbər verir ki, su sözləri "Qəbələ" ilə oyundan sonra "Zirə"nin baş məşqçisi Ayxan Abbasov deyib.
Baş məşqçi oyundan sonra fikirlərini bildirib: "Qalib gəlmək istəyirdik, təəssüf ki, alınmadı. Qol fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Oradakı oyunda xoşagəlməz hallar yaşanmışdı. Buna görə, bu matça futbolçuları yaxşı kökləmişdim. İstəyirdim, bu gün meydanda ancaq futbol olsun".
"Məncə, qələbəyə layiq idik. "Qəbələ”nin qoluna kimi rəqibə qol fürsəti vermədik. İlk hissədə bizim bir penaltimiz verilmədi. Qapıçının zədələnməsi də təmasın olmasına sübutdu. Ancaq Rəvan Həmzəzadəni də başa düşürəm. Oyunun tempi yüksək idi" deyə Abbasov bildirib.
Fanat.Az