Topaz Premyer Liqasının XXII turunun "Neftçi” – "Sumqayıt” matçının protokolunda dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, avtoqol "Sumqayıt"ın üzvü Azər Salahlının passivindən silinib. 63-cü dəqiqədə vurulan qolun müəllifi kimi Namiq Ələsgərov qeyd olunub.
Dəyişiklik oyunun baş hakimi Əliyar Ağayevin raportuna əsasən həyata keçirilib.
Fanat.Az