Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Roma”ya uduzan "Barselona” tilsimlənib.
Fanat.Az xəbər verir ki, öz meydanında böyükhesablı zəfərə sevinmiş (4:1) Kataloniya təmsilçisi səfərdə 0:3 hesablı "quru" darmadağından qaça bilməyərək, mübarizəni dayandırıb.
"Barsa” bu nəticə ilə "qara zolağ"a düşdüyünü isbatlayıb. Kataloniyalılar ardıcıl 3 ildir məhz bu mərhələdə turnirlə vidalaşır. Ötən il "Yuventus”a boyun əyən komanda (0:3; 0:0), daha öncə "Atletiko” ilə bacarmamışdı (2:1; 0:2).
Fanat.Az