"Roma” Çempionlar Liqası tarixində ilk oyunda aldığı darmadağının əvəzini çıxa bilən üçüncü klub olub.
Fanat.Az xəbər verir ki, "Nou Kamp”dakı 1:4-ün ardından dünən öz meydanında 3:0 hesablı zəfərə sevinən "canavarlar” "Barselona”nı mübarizədən kənarlaşdıraraq adını yarımfinala yazdırıb. İlk dəfə isə belə uğura "Deportivo” imza atıb. 2003/04 mövsümünün 1/4 finalının birinci görüşündə "Milan”a 1:4 hesabıyla uduzan ispanlar ikinci matçda 4 cavabsız qol vuraraq hədəfə çatmışdı. Ötən mövsüm isə məhz "Barselona” PSJ-dən aldığı 0:4 hesablı səfər yenilgisinin əvəzini daha parlaq qələbəylə çıxmışdı - 6:1.
Fanat.Az