"Qarabağ” Çempionlar Liqasınının qrup mərhələsində rəqibi olmuş İtaliyanın "Roma” klubunu bu turnirin yarımfinalına yüksəlməsi münasibəti ilə təbrik edib.
Fanat.Az xəbər verir ki, Ağdam klubunun feysbuk səhifəsində yer alan təbrik mesajının qısa mətni belədi: "Bizi yenmək "Barselona”nı udmaqdan çətindi. Təbriklər əziz dostumuz, "Roma”. İlk matçda "Barselona”ya səfərdə 1:4 hesabı ilə uduzan "Roma" cavab qarşılaşmasında 3:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Azərbaycan çempionu isə evdə 1:2 hesabıyla yenildiyi "canavarlar”a səfərdə bir top buraxaraq uduzmuşdu.
Fanat.Az