Azərbaycan kubokunun 1/2 final mərhələsinin ilk oyunları üçün hakim təyinatları bəllidi.
Fanat.Az xəbər verir ki, ilk yarımfinal matçı Rəhim Həsənovun fiti ilə başlayacaq. FİFA referisi "Keşlə” - "Sumqayıt” görüşündə ədaləti qoruyacaqsa, "Qəbələ” – "Neftçi” matçında İnqilab Məmmədov tər tökəcək.
Azərbaycan kuboku
1/2 final, ilk oyunlar
12 aprel
16:00. "Keşlə” – "Sumqayıt”
Hakimlər:Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev
AFFA nümayəndəsi:Maşallah Əhmədov
Hakim-inspektor:Xaqani Məmmədov
"İnter Arena”
18:00. "Qəbələ” – "Neftçi”
Hakimlər:İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov
AFFA nümayəndəsi:Şaiq Həmidov
Hakim-inspektor:Vüsal Əliyev
Qəbələ şəhər stadionu
Fanat.Az