Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib. Fanat.Az xəbər verir ki, ilk gündə mərhələnin hər iki qarşılaşması baş tutub.
İlk oyun Bakıda keçirilib. Çempionatda heç bir iddiası qalmayan, daha çox Premyer Liqadakı yerini qorumağa çalışan "Keşlə” öz meydanında "Sumqayıt”ı qəbul edib. Mövsümün ikinci yarısında oyununda canlanma yaranan rəqiblərin "İnter Arena”dakı qarşılaşması Yuri Maksimovun "Keşlə”ylə Azərbaycan Kubokunda debütü olub. 2018-ci ildə məğlub olmayan "Sumqayıt” isə tarixində ilk dəfə yüksəldiyi yarımfinala "Qarabağ”ı mübarizədən kənarlaşdıraraq vəsiqə qazanmışdı. Bu günki oyunun əlavə vaxtında vurulan qol "Keşlə"yə "Sumqayıt" üzərində qələbə qazandırıb - 1:0.
Bu oyunun ardından "Qəbələ” doğma azarkeşləri önündə "Neftçi”ni sınağa çəkib. Həm çempionat, həm də kubokda qitə miqyaslı turnirlərə vəsiqəyə iddialı komandaların dueli böyük maraq kəsb edirdi. Tərəflər bu matça fərqli durumda çıxmışdı. Tərlan Əhmədovun yetirmələri qış fasiləsindən sonra yüksəlişdədisə, "qırmızı-qaralar” enişdədi. Roman Qriqorçukun kollektivi tarixinin ilk tituluna doğru addım atmaq, ardıcıl ikinci finalına yüksəlmək üçün "ağ-qaralar”ı keçməlidi. Lakin oyun "Qəbələ" üçün uğursuz alınıb. İlk yarıda 2 qol buraxan "qırmızı-qaralar" matçın sonunda vurduqları bir qolla minmal hesablı məğlubiyyətə üzülüblər.
Azərbaycan Kuboku
Yarımfinal
İlk oyunlar
12 aprel
Keşlə - Sumqayıt 1:0
Qol: Sezar Meza Kolli, 90+2.
Keşlə: 15. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov (k), 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 90. Ebrima Sohna.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 16. Şahin Zəkiyev, 14. Andre Klennon, 21. Herve Tçami, 22. Məqsəd İsayev, 39. Əlibəy Məmmədli, 40. Nemanya Stoyanoviç, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev.
Baş məşqçi: Yuri Maksimov.
Sumqayıt: 1. Fərhad Vəliyev (k), 2. Rail Məlikov, 5. Vüqar Bəybalayev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 10. Cavid İmamverdiyev, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev.
Baş məşqçi: Samir Abasov.
Hakimlər: Rəhim Həsənov, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Ömər Paşayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Xaqani Məmmədov.
"İnter Arena”.
Qəbələ - Neftçi 1:2
Qollar: Stiven Monroz, 90+1 - Lukas Qomes, 29. Namiq Ələsgərov, 45.
Qəbələ: 23. Aqil Məmmədov, 3. Voislav Stankoviç, 8. Qismət Alıyev, 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov (k), 19. Filip Ozobiç, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 45. Famussa Kone.
Ehtiyat oyunçular: 35. Murad Popov, 66. Sərxan Osmanov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 16. Omar Malone, 18. İlqar Qurbanov, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 74. Yusif Nəbiyev.
Baş məşqçi: Roman Qriqorçuk.
Neftçi: 94. Rəşad Əzizli, 6. Rəşad Sadiqov (k), 2. İlkin Qırtımov, 5. Anton Krivotsyuk, 25. Kiril Petrov, 10. Derlis Meza Kolli, 93. Soni Mustivar, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 11. İqnasio Herrera, 9. Lukas Qomes.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 21. Məhəmməd Mirzəbəyov, 22. Mirabdulla Abbasov, 97. Elnur Cəfərov, 77. Elvin Sərkərov, 3. Fərid Abbaslı, 8. Emin Mahmudov, 12. Mayk Kampaz, 19. Fransisko Qarsiya.
Baş məşqçi: Tərlan Əhmədov.
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Yaşar Abbasov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Vüsal Əliyev.
Qəbələ şəhər stadionu.
Fanat.Az