FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə irəliləyib. Yığmamız 246 xalla 126-cı pillədə qərarlaşıb. Belarusla (0:1) Bakıda, Makedoniya ilə (1:1) Antalyada keçirilən yoxlama matçları millimizin nəticələrinə təsir edib.
Yığmamızın Millətlər Liqasındakı rəqiblərinə gəlincə, Farer adaları 364 xalla 94-cü (+3), Kosovo 164 xalla 152-cı (24), Malta isə 62 xalla 185-ci (0) yerdədir.
Qeyd edək ki, siyahıya 1533 xalla Almaniya başçılıq edir. Braziliya ikinci (1384), Belçika üçüncüdür (1346).
Fanat.Az