Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının XXII turunun "Kəpəz” – "Keşlə” matçında "Keşlə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 26-cı dəqiqəsində "Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
I divizionun XXII turunun "Xəzər” – "MOİK” matçının 90+4-cü dəqiqəsində "Xəzər”n futbolçusu Tanrıverdi Məhərrəmli təhqiredici ifadələr işlətdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanıb, klub 160 manat cərimə olunub.
Aşağı liqaıın "Şüvəlan” – "Sabah” matçının 66-cı dəqiqəsində "Sabah”ın futbolçusu Əziz Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
"Mil-Muğan” – "Qaradağ Lökbatan” matçında isə "Mil-Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilib.
Fanat.Az