Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə 3 futbolçuya 10 oyun cəza verib.
Region Liqasının "Şıxlar” – "Tufan” matçının 13-cü dəqiqəsində meydan sahiblərinin futbolçusu Emin Şabıyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
Oyunun 14-cü dəqiqəsində "Şıxlar”ın digər futbolçusu Mərifət Qəniyev aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün ona 10 oyun cəza verilib.
U-16 Liqasının "Turan Tovuz” – "Zirə” matçının 80-cı dəqiqəsində Bakı klubunun futbolçusu İlahi Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 ir oyunluq cəza alıb.
Matç başa çatdıqdan sonra "Zirə”nin digər oyunçusu Samir Qasımov "Turan Tovuz” klubunun rəsmi şəxsinə qarşı aqressiv davranış göstərdiyinə görə 10 oyunluq cəzalandırılıb.
"Turan Tovuz”un məşqçisi Elxan Abdıyev isə "Zirə” klubunun futbolçusuna əli ilə zərbə endirdiyinə görə eyni sayda cəza alıb.
Fanat.Az