222 milyon avroya "Barselona"dan PSJ-yə transfer olunan Neymar Dünya çempionatında iştirak edəcək. Fanat.Az xəbər verir ki, bu barədə futbolçu özü məlumat verib.
"Marsel"lə Fransa çempionatının oyununda ayağı qırılan Neymar ölkəsində qatıldığı bir televiziya proqramında "Müalicə yaxşı gedir. Ayağımdakı qırıq sağalıb. Böyük ehtimalla bir ay ərzində yenidən oynamağa başlayacam" deyib.
Futbolçunun bu açıqlaması Dünya çempionatında ilk oyununu iyunun 17-də İsveçrəyə qarşı keçirəcək Braziliyada böyük sevinclə qarşılanıb.
Bu arada PSJ də Neymarla bağlı açıqlama yayıb. Klubun rəsmi saytı ilə yayımlanan açıqlamada futbolçunun sürətlə sağaldığı və məşqlərə başlayacağı tariixin 10 gün ərzində müəyyənləşəcəyi bildirilir.
Fanat.Az