"Clubworldranking" dünya məşqçilərinin yeni reytinq cədvəlini açıqlayıb. Fanat.Az xəbər verir ki, siyahıda Azərbaycandan 3 mütəxəssis yer alıb.
Ən yaxşı göstərici Qurban Qurbanova məxsusdu. "Qarabağ"ın və millimizin baş məşqçisi 1169 xalla 483-cü pillədə qərarlaşıb. Qurbanov ötən siyahıya nisbətən 9 pillə irəliləyib.
Roman Qriqorçuk da 9 pillə yüksəlib. "Qəbələ"nin ukraynalı baş məşqçisinin aktivində 255 xal var və 931-ci yerdə qərarlaşıb.
Ayxan Abbasov isə 982-ci yeri tutur. 8 pillə irəliləyən "Zirə"nin baş məşqçisinin aktivində 217 xal var.
Qeyd edək ki, reytinq siyahısına Zinəddin Zidan başçılıq edir. "Real”ın baş məşqçisinin hesabında 18462 xal var. "Barselona”nı çalışdıran Ernesto Valverde 14946 xalla ikincidi. "Üçlüy”ü "Qremio”ya rəhbərlik edən Renato Qauşo qapayır. O, 14254 xala malikdi.
Fanat.Az