Ramil Şeydayev "Qarabağ"da ilk qolunu vurdu - VİDEO
Ramil Şeydayev "Qarabağ"da ilk qolunu vurub. Fanat.Az xəbər verir ki, hazırda davam edən "Kəpəz"lə oyunun 23-cü dəqiqəsində fərqlənən 22 yaşlı hücumçu qol hesabını açıb.
"Trabzonspor"dan icarəyə götürülən futbolçu ilk qolunu 15-ci oyununda vurub. O, bundan əvvəl "Qarabağ"ın heyətində 10 Premyer Liqa (544 dəqiqə), 2 kubok (104 dəqiqə) və 2 Çempionlar Liqası matçına (77 dəqiqə) çıxmışdı.
"Kəpəz"lə oyunun 23-cü dəqiqəsində fərqlənən Ramil ilk qolunu 748 dəqiqə gözləməli olub.