"Vacib qələbə qazandıq. Gəncədə oynamaq bizim üçün həmişə çətin olub. Son oyunlarda rəqib yaxşı oyun sərgiləyirdi. Qalib gəlməyimizə baxmayaraq, çətin oyun oldu. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram".
Fanat.Az xəbər verir ki, bu sözləri "Kəpəz"lə oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Baş məşqçi 1:0 hesablı qələbə qazandıqları oyunla bağlı fikirlərini bildirib: "Mahir Mədətov yaxşı formada olmadığından onu iştirak ərizəsinə salmağı laızm bilmədim. Ramil Şeydayev son vaxtlar yaxşı təsir bağışlayır. Onun qol vurmasına sevindim. Lakin bu hələ heç nə deyil. Elə epizodlar var ki, həmin epizodalarda daha yaxşı oynamalıdı. Ağabala Ramazanov zədədən yeni qayıdıb. Öz üzərində çalışır. Ümid edirəm, gələcəkdə daha yaxşı forma yığacaq.
"Ən yaxın izləycicimizi xeyli qabaqlayırıq. Bu təbii ki, gələcək oyunlarda motivasiya cəhətdən çətinlik yarada bilər. Əsasən, bizim gənc futbolçularımız Mahir, Ramil oyunlara yaxşı köklənməlidilər. Hər oyuna motivasiya ilə çıxmasalar, inkişaf edə bilməzlər" deyə Qurbanov əlavə edib.
Fanat.Az