"Qarabağ”ı təbrik edirəm. Mübarizə apardıq. Rəqib güclü, top saxlayan komandadı. Düzdü, bunlar şablon sözlərdi. Ancaq reallıqdı. Xal qazanmaq istəyirdik. Komandamdan razı qaldım. İmkanlarımız oldu, lakin istifadə edə bilmədik. Qarşıdakı oyunlara köklənəcəyik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov deyib.
Mütəxəssis 0:1 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bildirib: "Dieqo Souzanı meydana buraxdım ki, mərkəzdə top saxlasın. Fikirləşdim ki, təcrübəsi ilə komandaya kömək edəcək. Lakin ümidlərimi doğrultmadı. Buna görə, tez əvəzlədim. Düzdü, bu, futbolçuya təsir edə bilər. Lakin futbolçu meydançada ona olan etimadı doğrultmadı".
"Hər iki komandanın məşqçilər korpusunda Azərbaycanın vaxtilə güclü futbolçuları olmuş mütəxəssislər qərarlaşıb. Bu oyunçular komandasını arxasınca apara bilən futbolçular idi. Lakin bu gün ölkə futbolunda bu cür oyunçular yoxdur. Sizcə, bunun səbəbi nədi" sualına Hüseynov belə cavab verib: "İndiki futbolçulara hörmətlə yanaşıram. Lakin yeni Yunis Hüseynov gəlməyəcək. Eləcə də, Vidadi Rzayev və digərləri. İndinin futbolu ilə o vaxtkı futbol da tam fərqli idi. Futbolçular komandanı arxasınca aparacaq səviyyəyə çatmaq üçün öz üzərində işləməlidilər. Çalışsalar, onlar da bu cür futbolçu ola bilərlər".
Fanat.Az