Topaz Premyer Liqasının XXIII turunda "Neftçi” ilə qarşılaşan "Zirə”nin çalışdırıcısı Ayxan Abbasov texniki zonadan qovulub.
Fanat.Az-ın məlumatına görə, matçın sonlarında yerli azarkeşlərin Ayxan Abbasovu istefaya səsləməsi onu özündən çıxarıb.
Ehtiyat oyunçular skamyasındakı su qablarını təpikləyən mütəxəssisin aqressiv davranışıyla hakimlərin qəzəbinə tuş gəlib. Texniki zonadan uzaqlaşdırılaran baş məşqçiyə azarkeşlərin etirazı davam edib.
Yerli fanatlar "Ayxan, rədd ol, get!” şüarı səsləndiriblər. Futbolçuların müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, görüş "Neftçi”nin 3:0 hesablı qələbəsi ilə bitib.
Fanat.Az