"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın üzvü Mahir Mədətovu əvəzedici heyətə göndərib.
Bu gözlənilməz addımın səbəbləri konkret məlum deyil, amma Mahirin son vaxtlar formada olmaması ilə əlaqədar Qurban bəyin belə addım atdığını düşünmək olar. Hər halda məsələ ilə bağlı klubun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxladıq.
Nurlan bəy sport7.az-a açıqlamasında bunları söyləyib:
"Kəpəz"lə oyundan sonra Qurban müəllim mətbuat konfransında bu haqda danışdı. Mahir tam hazır olmadığına görə oynamır. Onu nə vaxt qayıdacağı isə baş məşqçimizin verəcəyi qərardı".
Fanat.Az