Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli açıqlanıb. Fanat.Az xəbər verir ki, çempionun müəyyənləşə biləcəyi tura aprelin 21-də "Keşlə” – "Zirə” matçı ilə start veriləcək.
Həmin gün saat 19:00-da başlayacaq "Sumqayıt” – "Qarabağ” matçında isə qonaqlar qızıl medalları təmin edə bilər. Bunun üçün Ağdam klubuna qələbə qazanmaq kifayətdi.
Turun ikinci günü "Səbail” – "Kəpəz” matçı ilə başlayacaq. Həftənin son qarşılaşmasında "Neftçi” və "Qəbələ” üz-üzə gələcək.
21 aprel
16:00. "Keşlə” – "Zirə”
"İnter Arena”
19:00. "Sumqayıt” – "Qarabağ”
Sumqayıt. Şəhər stadionu
22 aprel
17:00. "Səbail” – "Kəpəz”
"Bayıl Arena”
19:00. "Neftçi” – "Qəbələ”
"Bakcell Arena"
Fanat.Az