Həftəsonu "Nyukasl”ın qonağı olan "Arsenal” ardıcıl 5-ci səfər görüşündə də uduzub.
Fanat.Az-ın məlumatına görə, London təmsilçisi son 33 mövsümdəki antirekordunu rəsmiləşdirib. "Topçular” sonuncu dəfə 1984/85 mövsümündə belə qəzaya uğramışdı. "Arsenal” "Nyukasl”dan öncə, "Brayton”, "Tottehem”, "Suonsi” və "Bornmut” səfərlərindən də yenik dönmüşdü.
Hazırda "Arsenal”la ən yaxın izləyicisi "Börnli” arasında 2 xallıq fərq var. "Börnli” "topçular”ı qabaqlasa, Arsen Vengerin yetirmələri növbəti mövsüm Avroliqada oynamaq şansını da itirəcək.
Fanat.Az