AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun son turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.
Fanat.Az xəbər verir ki, 23-cü turun "Binə” – "Şüvəlan” matçı başa çatdıqdan sonra ev sahibi komandanın rəsmi şəxsləri Rəhman Cəfərov, Süphan Əliyev, Сavid Tanrıverdiyev meydançaya daxil olaraq, Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalnıb, klub 1200 manat cərimə olunub.
Fanat.Az