"Mançester Siti” Pep Qvardiola ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Fanat.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, "şəhərlilər"in bossları baş məşqçinin 2019/20 mövsümünün sonunadək komandaya rəhbərlik etməsini istəyir. Mütəxəssis özü də bu təklifin əleyhinə olmadığından yaxın vaxtlarda tərəflərin rəsmi sənədlərə qol çəkəcəyi gözlənilir.
Yeri gəlmişkən, "Sky Sports” Qvardiola haqda daha bir məlumat yayıb. Mənbənin iddiasına görə, sözügedən çalışdırıcı yayda komandanı gücləndirməkdə qərarlıdı. O, PSJ-nin gənc ulduzu Kilian Mbappe və daha öncə həm "Barselona”, həm də "Bavariya”da rəhbərliyi altında oynamış Tiaqo Alkantaranı Mançester təmsilçisinə gətirmək arzusundadı.
Bu transferlər baş tutmasa, "Mançester Siti” rəsmiləri "Kristal Pelas”da top qovan Uilfrid Zaa ilə danışıqlara başlayacaq.
Fanat.Az