"Mançester Siti”nin hücumçusu Serxio Aquero üçün mövsüm başa çatıb.
Fanat.Az xəbər verir ki, futbolçu dizindən əməliyyat olunub. O, Mançester derbisində Eşli Yanqla toqquşandan sonra köhnə zədəsini belə desək, yenilədiyinə görə uzun müddətə sıradan çıxıb.
Bu mövsüm klubun formasıyla çıxdığı 25 matçda 21 qol vuran argentinalı ulduz tvitter hesabında yaşıl meydanlara mümkün qədər tez qayıtmağa çalışacağını yazıb.
Qeyd edək ki, "Mançester Siti” ötən tur İngiltərə çempionluğunu bayram edib.
Fanat.Az