Bu gün Topaz Premyer Liqasında X turun oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Liderliyi dünən "Neftçi"yə təhvil verən "Qarabağ" "Sumqayıt"ın qonağı olub. Ağdam klubu son 3 matçda olduğu kimi rəqibini yenə darmadağın edib. "Qarabağ"lılar bu dəfə Sumqayıt təmsilçisini 3 qola qonaq edib - 3:0. Hesab 5-ci dəqiqədə açılıb. Anar Nəzirov topu öz qapısına göndərib. 56-cı dəqiqədə Reynaldo, 3 dəqiqə sonra Muarem Muarem fərqlənib.
Günün digər oyununda "Bakı" AZAL-ı qəbul edib. Oyuna fəal başlayıb. 11-ci dəqiqədə Rauf Əliyev fərqlənib. Millinin hücumçusu cəmi 11 dəqiqə sonra forvard dublunu rəsmiləşdirib. Bundan sonra "Bakı" nəyinki hesabı qoruya bilməyib, qələbəni də əldən verib. Belə ki, 43-cü dəqiqədə Branislav Arsenyeviç fərqi azaldıb. 70-ci dəqiqədə isə yayda "Bakı"ya keçsə də, Milinko Pantiçin gəlişindən sonra komandadan kənarlaşdırılan Yuri Fomenko bərabərliyi təmin edib. Oyun 2:2 hesabı ilə başa çatıb.
Qeyd edək ki, turun 3 oyunu dünən baş tutub. "Xəzər Lənkəran" "Simurq"u, "Neftçi" "Rəvan"ı 2:1, "Qəbələ" "İnter"i 1:0 hesabı ilə udub.
Premyer Liqa
2013/14 mövsümü
X tur
20 oktyabr
Sumqayıt - Qarabağ 0:3
Qollar: Anar Nəzirov, 5 (avtoqol). Reynaldo, 56. Muarem Muarem, 59.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 7. Pərdis Fərcad-Azad (
11. Ruslan Nəsirli, 66), 8. Aqşin Muxtaroğlu, 17. Adil İbrahimov, 18. Aleksandr Çertoqanov (k) (
4. Samir Abbasov, 76), 21. Məhəmməd Mirzəbəyov, 27. Nurlan Novruzov (
9. Orxan Əliyev, 65), 77. Mirzağa Hüseynpur, 86. Elşən Abdullayev, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 5. Kərim Diniyev, 15. Nodar Məmmədov, 22. Zaur Həşimov.
Baş məşqçi: Aqil Məmmədov.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev (
6. Hacı Əhmədov, 20), 5. Maksim Medvedev, 9. Reynaldo, 10. Muarem Muarem (
99. Nikolas Gelaşvili, 83), 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 24. Admir Teli, 25. Ansi Aqolli, 41. Leroy Corc, 70. Çumbinyo (
17. Vüqar Nadirov, 80) Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 7. Namiq Yusifov, 11. Ulriş Kapolonqo, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Akif Məmmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni meydança. Saat 16.00.
Bakı - AZAL 2:2
Qollar: Rauf Əliyev, 11; 22 - Branislav Arsenyeviç, 43. Yuri Fomenko, 70.
Bakı: 25. Elxan Əhmədov, 3. Yure Travner, 4. Pedro Alvares, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov (
6. Vadim Abdullayev, 64), 11. Rauf Əliyev (k), 12. Etto, 15. Alberto Noquera (
19. Marius Pena, 72), 17. Risto Ristoviç, 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat (
10. Aleksandar Soliç, 88) Ehtiyat oyunçular: 13. Edin Nuredinoski, 2. Deyvidas Çesnauskis, 21. Elvin Məmmədov, 30. Vüqar Bəybalayev.
Baş məşqçi: Milinko Pantiç.
AZAL: 1. Ruslan Məcidov, 3. Aleksandr Şemonayev, 4. Aylton, 7. Cavid Tağıyev (
21. Rey Məmmədbəyli, 78), 8. Qərib İbrahimov (
30. Yuri Fomenko, 56), 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi (k) (
28. Emin Cəfərquliyev, 88), 20. Branislav Arsenyeviç, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 2. Xuan Fransisko, 14. Habil Nurəhmədov, 16. Freddi Borq.
Baş məşqçi: Vaqif Sadıqov.
Sarı vərəqələr: Etto, 79 (qeyri-idman hərəkəti) - Aleksandr Şemonayev, 9 (qeyri-idman hərəkəti).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
"Bakı"nın təlim-məşq bazasının stadionu. Saat 16.00.
1 | Qarabağ | 10 | 6 | 3 | 1 | 17-4 | 21 |
2 | Neftçi | 10 | 6 | 3 | 1 | 14-7 | 21 |
3 | Qəbələ | 10 | 6 | 1 | 3 | 15-9 | 19 |
4 | AZAL | 10 | 4 | 3 | 3 | 11-13 | 15 |
5 | Bakı | 10 | 4 | 2 | 4 | 18-12 | 14 |
6 | Xəzər L | 10 | 3 | 4 | 3 | 9-10 | 13 |
7 | Simurq | 10 | 3 | 4 | 3 | 9-9 | 13 |
8 | İnter | 10 | 3 | 1 | 6 | 16-16 | 10 |
9 | Rəvan | 10 | 1 | 3 | 6 | 5-21 | 6 |
10 | Sumqayıt | 10 | 1 | 2 | 7 | 5-18 | 5 |
Bombardirlər: Mindauqas Kalonas (Bakı) - 5. Əfran İsmayılov (Bakı), Vaqif Cavadov (İnter), Junior Nildo (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi) - 4.
Fanat.az