"Zirə” rəhbərliyi azarkeşlərlə görüşməyi planlaşdırır.
Fanat.Az xəbər verir ki, klub idarəçiləri 2018-ci ildə qələbə üzünə həsrət qalan komandanın baş məşqçisini sıxma-boğmaya salan fanatları yola gətirmək istəyindədi. Görüşün hansı tarixdə baş tutacağı dəqiqləşməsə də, bunun yaxın günlərdə reallaşacağı gözlənilir.
Qeyd edək ki, Topaz Premyer Liqasının son turunda- "Neftçi” ilə oyunda Ayxan Abbasovu istefaya səsləyən azarkeşlər onun texniki zonadan qovulmasına nail olmuşdular. Belə ki, tərəfdarların təpkisinə su qablarını təpikləyərək reaksiya verən mütəxəssis hakimin qəzəbinə tuş gəlmişdi.
Fanat.Az