2019/20 mövsümündən etibarən İngiltərə Premyer Liqasında qış fasiləsi olacaq.
Fanat.Az "The Telegraph” nəşrinə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası artıq iştirkçılarla da ortaq məxrəcə gəlib.
Bununla belə, Milad bayrmında futbol oynamaq ənənəsi də qorunacaq. Məhz bu ənənənin saxlanılması üçün azarkeşlər və televiziya kanalları fasilə təklifinə qarşı çıxdığından "yuxarılar” ictimaiyyətin fikrinə hörmətlə yanaşıb. Elita təmsilçiləri yanvarın ilk günlərindən fevralın əvvəlinədək dincələ biləcəklər. Ancaq bütün Premyer Liqa iştirakçıları eyni vaxtda istirahət etməyəcək. Hər komanda növbəlilik prinsipi ilə azı 13 gün dincələ biləcək.
Fanat.Az