16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.
Fanat.Az-ın məlumatına görə, milli "Keşlə”nin U-17 komandası ilə qarşılaşıb. Görüş Azər Məmmədovun komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində Həsən Seyfullayev dubl edibsə, digər qollara Bəhruz Tanrıverdiyev, Nurəli Nurəliyev və Vaqif Həsənov imza atıb.
Mənbə: affa.az