Zlatan İbrahimoviç DÇ-2018-də iştirak edəcək.
Fanat.Az-ın məlumatına görə, Bosniya və Herseqovina əsilli isveçli forvard qatıldığı televiziya proqramında məsələyə aydınlıq gətirib. Məşhur şou aparıcısı Cimmi Kimmelin qonağı olan İbra mundialla bağlı ünvanlanan suala "Bəli, Dünya çempionatında iştirak edəcəm” – deyə, cavab verib.
"Mənsiz Dünya çempionatı Dünya çempionatı deyil” deyən İbrahimoviç özünə məxsus açıqlamalarından da qalmayıb.
İsveç millisinin formasıyla 116 oyun keçirən və 62 top vuran İbrahimoviç ölkə tarixinin ən məhsuldar futbolçusudu.
Fanat.Az