İsveç çempionatında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin şərəfini qoruduğu "Kalmar” da növbəti matçına çıxıb. Eminin komandası "Ostersun”u qəbul edib. Oyun 1:1 hesablı bərabərliklə bitib. Həmyerlimiz bu görüşdə də meydana çıxmayıb. Səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.
"Kalmar” hazırda 4 xalla 16 iştirakçı arasında 10-cu pillədəmövqe tutub.
Fanat.Az