Neymar bu yay Rusiyada baş tutacaq dünya çempionatında adından söz etdirə biləcək ulduzlardan danışıb.
Fanat.Az "A Bola”ya istinadən xəbər verir ki, braziliyalı mundialda parlamaq perspektivi olanları yada salıb: "Dünya çempionatında dünyanın ən yaxşı oyunçuları cəmləşəcək. Fikrimcə, Koutinyo və Qabriel Jezus diqqət mərkəzinə düşəcək futbolçulardı. Eləcə də Məhəmməd Salah. Salah güclü yığmanın üzvü olmasa da, nəticəni müəyyənləşdirə biləcək adlardandı. Başqaları da var: De Brüyne, Eden Hazard, Luis Suares olduqca yüksək səviyyədə oyun sərgiləyirlər. Yəni sadaladıqlarımın hər birindən nəsə gözləməyə dəyər”.
Fanat.Az