"Qəbələdəki oyundan sonra da finala adlayacağımıza inandığımızı demişdim. Siz də məsxərəyə qoyduz. Əziyyətimizin və birliyimizin sayəsində finala çıxdıq. Bizə inanan azarkeşlərə minnətdaram".
Fanat.Az xəbər verir ki, bunu dünən Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda "Neftçi"ni səfərdə 3:1 hesabıyla yenərək finala yüksələn "Qəbələ"nin yarımmüdafiəçisi Cavid Hüseynov deyib. Orta xətt oyunçusu önəmli görüşün ardından jurnalistlər önünə çıxıb:
"Bizdə əsas məsələ psixoloji yanaşmadı. Bir az geriləmə var idi. Bu gün onu aradan qaldırdıq. Meydança da ideal səviyyədə idi. İstədiyimizi edirdik. Aqressiv görünürdüm? İki epizod var idi ki, cərimə yox idi, amma hakim əleyhimizə qərar verdi. Mən də normal olaraq etiraz elədim.
Penaltini Monroza ürəksiz verməmişdim. Birinci penalti zamanı da yaxınlaşdı, amma ona risk edə bilmədim. Məsuliyyəti öz üzərimə götürdüm. Amma ikincidə baxdım ki, hesabda irəlidəyik, o da soyuqqanlı idi, amma alınmadı. Kənardan dedilər ki, niyə özün vurmadın? Amma o da komanda yoldaşımdı, xətrinə dəymək istəmədim. Artıq finaldayıq. "Keşlə” də yaxşı komandadı. Final da bir oyundan ibarətdi. Çalışacağıq ki, kuboku qazanaq".
Fanat.Az