"Sumqayıt”ın baş məşqçisi Samir Abasov "Sumqayıt”ın baş məşqçi postunu tərk edə bilər.
Fanat.Az-a verilən məlumata görə, klub başqanı Kamran Quliyevin "kimyaçılar”ı mövsümün ortalarında atıb "Neftçi”yə getməsini narazılıqla qarşılayan çalışdırıcının davranışı "yuxarılar”da dəfələrlə müzakirə olunub.
Mütəxəssisin komanda üzvləriylə və klubun digər əməkdaşlarıyla söhbətlər zamanı dəfələrlə Quliyevi və onu "Neftçi”yə göndərəni (AFFA-nın baş katibi Elxan Məmmədovu) qınaq obyektinə çevirməsi suları bulandırıb. Baş katibin dəstəyi ilə "Sumqayıt”da əsas komandanın çalışdırıcısına çevrilən Abasovun yetirmələri Avroliqaya vəsiqə verən yerlərdən birini tuta bilməyəcəyi halda, böyük ehtimalla, postundan gedəcək.
Fanat.Az